İngiltərə Premyer Liqasında 2022/23 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu ada “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola layiq görülüb.

Qvardiola sorğuda Mikel Arteta (“Arsenal”), Roberto De Zerbi (“Brayton”), Unai Emeri (“Aston Villa”), Eddi Hau (“Nyukasl”) və Marko Silvanı (“Fulhem”) qabaqlayıb..

Pep karyerası ərzində dördüncü dəfə Premyer Liqada mövsümün ən yaxşısı seçilir. O, 2017/18, 2018/19 və 2020/21 mövsümlərində də bu mükafata layiq görülüb. Rekord isə Aleks Ferqyusona məxsusdur - 11 dəfə.

Xatırladaq ki, Qvardiola və onun komandası İngiltərə çempionatında 2022/23 mövsümünün qalibi olub.