
Premyer Liqada komanda sayı artırılır: Elxan Məmmədov açıqladı
- 02 Fev 2022 11:27
- 651
2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda olacaq.
Rekord.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun hazırda keçirilən Hesabat Konfransında açıqlayıb.
"Gələn mövsümdən 10 komandalı Premyer Liqanın həyəcanını yenidən yaşayacayıq" - deyə o bildirib.
Qeyd edək ki, artıq 6 mövsümdür ki, Premyer Liqamızda 8 komanda mübarizə aparır.