Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun sabah keçiriləcək oyunları üçün təyinatlar məlum olub.

Rekord.az xəbər verir ki, “Zirə” – “Sabah” matçını İnqilab Məmmədov idarə edəcək.

“Qəbələ” – “Səbail” oyunu isə Rauf Allahverdiyevə həvalə olunub.

Azərbaycan Premyer Liqası
4-cü tur

18 sentyabr

Qəbələ – Səbail
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu, 17:00

Zirə – Sabah
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu, 19:15