
Premyer Liqa klubunun baş məşqçisində koronavirus aşkarlandı
- 03 Fev 2022 21:20
- 446
İngiltərənin “Brentford” komandasının baş məşqçisi Tomas Frank koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
COVİD-19 testi pozitiv çıxan mütəxəssis karantinə alınıb. O, ölkə kuboku çərçivəsində keçiriləcək “Everton”la oyunda komandasının yanında ola bilməyəcək.
“Everton” – “Brentford” matçı fevralın 5-də keçiriləcək.