“Aston Villa” müdafiəçisi Tayron Minqzlə müqavilənin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni sözləşmənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. 

Minqz 2019-cu ildən oynadığı “Aston Villa”da 149 oyuna 7 qol vurub. 29 yaşlı futbolçu İngiltərə millisində də 17 oyun keçirib, 2 qol vurub.