
Premyer Liqa klubunda yeni baş məşqçi
- 21 Mar 2023 19:15
- 428
İngiltərənin “Kristal Pelas” klubu keçmiş baş məşqçisini geri qaytarıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Roy Hocsonla anlaşıb.
75 yaşlı mütəxəssis mövsümün sonuna qədər “Kristal Pelas”a rəhbərlik edəcək. O, son olaraq “Uotford”u çalışdırmışdı.
Hocson 2017-2021-ci illərdə də London komandasının “sükanı arxasında” olub.