"Roma" futbolçusu Castin Kluyverti "Bornmut"a satıb.

Rekord.az xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb.

İtaliya təmsilçisi bu transferdən 11,2 milyon avro qazanacaq. 24 yaşlı futbolçu ilə müqavilə 5 mövsümlükdür.

Kluyvert sonuncu dəfə 2020-ci ilin oktyabrında “Roma”da çıxış edib. Daha sonra o, "Leypsiq", "Nitsa" və “Valensiya” klublarına icarəyə göndərilib.