
Poqbadansa gənc futbolçuların oynamasının tərəfdarıdır
- 13 Mar 2023 16:00
- 361
"Yuventus"un sabiq futbolçusu Marko Tardelli maraqlı açıqlama ilə diqqət çəkib.
Rekord.az xəbər verir ki, o, Pol Poqbanın kluba fayda vermədiyini düşünür.
Veteran futbolçunun fikrində, daha çox gənclərə üstünlük vermək lazımdır: "Bilmirəm doğrudur, yoxsa yalan, amma deyilənə görə, Poqbanın zədəsi var. Bildiyim odur ki, "Yuventus" üçün daha çox problemli oyunçudur. Ondansa "Yuventus" gənc futbolçulara güvənib oynatsa, daha yaxşı olar".