Futzal üzrə DÇ-2024-üç əsas mərhələsinin 6-cı qrupunda keçiriləcək Polşa – Azərbaycan görüşünə təyinatlar açıqlanıb.

Rekord.az xəbər verir ki, martın 7-də Koşalin idman zalında keçiriləcək oyunu Estoniya və Latviyadan olan hakimlər idarə edəcək.

Təyinatları diqqətinizə çatdırırıq:

DÇ-2024-ün əsas mərhələsi
6-cı qrup

7 mart

Polşa - Azərbaycan
Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya).
Hakim-inspektor: Silvo Borosak (Sloveniya).
UEFA nümayəndəsi: Joao Roça (Portuqaliya).
Koşalin idman zalı. Saat 23:00.