
Poçettinodan istefası ilə bağlı xəbərlərə münasibət
- 05 Apr 2022 14:30
- 437
PSJ-nin baş məşqçisi Maurisio Poçettino Fransa klubundan istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis gələcəyi ilə bağlı klub rəhbərləri ilə danışıqlar aparmadığını deyib: “PSJ ilə hələ bir illik müqaviləm var. Hazırda klub rəhbərliyi ilə gələcəyimi müzakirə etməmişik. Hər hansı bir qərar qəbul etməzdən əvvəl vəziyyəti təhlil etməli və danışmalıyıqa".
Qeyd edək ki, Poçettinonun adı "Mançester Yunayted"lə hallanır.