Qadın voleybolçuların ölkə çempionatında pley-off mərhələsinin növbəti oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində iki 1/4 final qarşılaşması baş tutub.

İlk olaraq meydana "Abşeron" və "Milli Aviasiya Akademiyası" komandaları çıxıblar. Gərginliyi ilə yadda qalan bu görüşdə ikincilər 3:2 hesabı ilə qələbə qazanıblar.

Günün növbəti matçı UNEC və "Gəncə" klubları arasında olub. Bu qarşılaşma da kifayət qədər gərgin keçib. 5 set davam edən oyunda Gəncə təmsilçisi sevinib.

Qeyd edək ki, bu komandaların cavab qarşılaşmaları aprelin 3-də keçiriləcək.


Yüksək Liqa

28 mart

1/4 final (1-ci oyunlar)

    "Abşeron" - "Milli Aviasiya Akademiyası" 2:3 (23:25, 26:24, 21:25, 25:22, 6:15)

   UNEC - "Gəncə" 2:3 (19:25, 21:25, 25:16, 25:23, 14:16)