"Fatih Karagümrük"ün baş məşqçisi Andrea Pirlo komandanın aparıcı futbolçularından olan Fabio Borini ilə bağlı açıqlama verib.

Rekord.az xəbər verir ki, o, sözügedən futbolçunun qalmasını istədiyini bildirib: "Borini yaxşı futbolçudur. Bu cürf futbolçuların adlarının başqa klublarla hallanması normaldı. Biz ondan çox razıyıq və ümid edirəm ki, o da komandada qalmağa qərar verəcək".