"Arsenal"ın sabiq yarımmüdafiəçisi Rober Pires Lionel Messiyə qarşı yönələn tənqidlərlə bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, Pires ispanların Fransa çempionatı ilə bağlı yanlış düşüncədə olduqlarını bildirib:

“Messinin ambisiyası var, o, futbol tarixinin ən yaxşı oyunçusudur. Leo klubları, şəhərləri, mədəniyyətləri dəyişəndə Messi olaraq qalır.

İspaniyada elə hesab edirlər ki, Liqa 1 olduqca asan çempionatdır. Amma yanılırlar, burada da mübarizə aparmaq lazımdır.

Messi və Mbappe hər zaman öz səviyyələrini sübut etməyə hazırdırlar, ona görə də qalib gəlirlər. İnsanlar Messiyə qarşı bir az sərtdirlər”.

Messi bir müddət əvvəl Fransa mətbuatının tənqidlərindən gileylənmiş, bunun ədalətli olmadığını bildirmişdi.