"Barselona"nın müdafiəçisi Jerar Pike Kataloniya klubunun sabiq prezidenti Xosep Bartomeunu tənqid edib.

Rekord.az xəbər verir ki, 2020-ci ildə "Barçagate" adı ilə tarixə düşən qalmaqal yaşanmışdı.

Bartomeu sosial şəbəkələrdə onun üçün müsbət imic yaratmaq üçün "I3 Ventures SL" şirkətinə pul ödəmiş, klub rəhbərliyini tənqid edən futbolçulara qarşı böhtanlar yaymışdı.

Pike baş verən bu hadisələrlə bağlı "Marca"ya açıqlamasında deyib: “Klub oyunçularını tənqid etmək üçün xüsusi adamlar işə götürəndə Bartomeu mənə və Messiyə heç nə bilmədiyini dedi. Ona vəziyyəti anladığınımızı və tədbir görməyi gözlədiyimizi söylədik. Ancaq sonradan bildim ki, buna görə Bartomeu özü məsuliyyət daşıyır. O, mənə yalan danışdı. Onu müdafiə etdiyim üçün axmaq kimi görünürdüm”.