
PFL Şamaxı stadionuna baxış keçirəcək
- 27 Fev 2022 15:00
- 598
"Keşlə"nin Şamaxıya köçünün yubanması haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, məsələ hələ də tam olaraq həllini tapmayıb.
Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə çempionatın təşkilatçısı olan PFL də Şamaxı stadionuna baxış keçirmək üçün əməkdaşlarını sözügedən rayona göndərəcək. Köç məsələsində onların da rəyi nəzərə alınacaq.