
PFL qara görə bir oyunu təxirə saldı
- 12 Mar 2021 15:12
- 618
Bu gün səhər saatlarından Tovuzda başlayan qar şəhər stadionunun qarla örtülməsinə səbəb olub.
Rekord.az xəbər verir ki, aparılan son araşdırmalardan sonra “Turan Tovuz” - “Sabah-2” oyununun bu gün nəzərdə tutulan vaxtda baş tutmayacağı məlum olub.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Təmizləmə işlərindən sonra qarşılaşmanın sabah saat 15:00-da Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub.