PFL prezidenti Elxan Səmədov da süni meydançalara qarşı olduğunu açıqlayıb.

Rekord.az xəbər verir ki, o, ARB 24 telekanlına müsahibəsində bu məsələyə toxunub.

PFL prezidenti məsələyə bu cür münasibət bildirib: "Biz istəyirik ki, ilk növbədə bütün komandalarımız təbii örtüklü meydançada oynasın. Bunun üçün də bütün lazımı addımlar atılacaq. Yaxın 3 il ərzində bütün komandaların təbii örtüyə keçidini təmin etmək istəyirik. Amma təbii ki, bu, tək bizdən asılı məsələ deyil. Klubların büdcəsi də imkan verməlidir ki, onlar süni örtüyü təbii örtüklə əvəzləsin. Bu məsələdə də onlara kömək lazımdır".