
PFL II Liqa klublarına top hədiyyə etdi
- 10:30
- 34
Peşəkar Futbol Liqası (PFL) tərəfindən bütün II Liqa klublarına 2025/2026 mövsümü üçün 20 ədəd “Adidas Tiro Pro” futbol topu hədiyyə edilib.
Rekord.az xəbər verir ki, FIFA-nın ən yüksək keyfiyyət sertifikatına malik olan bu toplar klassik 32 lövhəli dizaynı və TSBE texnologiyası ilə seçilir.
Lövhələrin termal üsulla birləşdirilməsi sayəsində toplar daha az nəm hopdurur və uçuş dəqiqliyini artırır.