Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlaması ilə gündəm olub.

Rekord.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının püşkatmasında “Qarabağ”ın “Lex” üzərində qələbəsinə maraqlı şərh verib.

Bu zaman o, rəhbəri olduğu qurumun adındakı ilk sözlə tərs mütənasiblik təşkil edən ifadə işlədib ki, bu da tamamilə yolverilməzdo: “Belə düşünürdük ki, “Qarabağ” “Lex” komandasını keçə bilməyəcək. Ancaq sağ olsun, Qurban Qurbanov “Lex”in adını dəyişib “lox” etdi”.