
Peşəkar Futbol Liqasından “İmişli”yə “yaşıl işıq”
- 07 Apr 2023 15:30
- 343
Peşəkar Futbol Liqası tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib.
Rekord.az xəbər verir ki, aparılan təmir və yenidənqurma işlərindən sonra stadion I Divizion oyunlarını qəbul etmək üçün məqbul hesab olunub.
Qeyd edək ki, “İmişli” sözügedən stadionda cari mövsümdə ilk ev oyununu 12 apreldə “Qarabağ-2” komandasına qarşı keçirəcək. Görüş saat 16:00-da start götürəcək.