
Pele xəstəxanadan evə buraxıldı
- 01 Mar 2022 18:15
- 515
Futbol üzrə üçqat dünya çempionu, braziliyalı sabiq futbolçu Pele San-Pauludakı xəstəxanadan evə buraxılıb.
Rekord.az xəbər verir ki, həkimlər 82 yaşlı keçmiş hücumçunun vəziyyətinin sabit olduğunu bildiriblər.
Pelenin bağırsaqlarındakı şiş sağalsa da, o, müalicəsini davam etdirəcək.
2021-ci ilin sentyabrında Pele əməliyyat olunub. Dekabrın 8-də isə o, müalicə almaq üçün xəstəxanaya yerləşdirilib.