“Roma" futbolçusu Kris Smollinqlə bağlı qərar verib. 

Rekord.az xəbər verir ki, İtaliya klubu müdafiəçi ilə müqaviləni yenilib.

Məlumatı klubun mətbuat xidməti yayıb. Bildirilir ki, Krislə yeni sözləşmə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. 

Qeyd edək ki, 33 yaşlı ingiltərəli futbolçu 2019-cu ildən "Roma"da çıxış edir. O, 2019-2020-ci illər mövsümünü "Roma"da icarə əsasında keçirib, 2020-ci ildə isə transfer hüquqları alınıb. Smollinq bu komandada 143 oyuna çıxıb və 10 qol vurub.