Paytaxt klubunda ciddi itki
- 15:30
- 36
"Latsio"nun qapıçısı İvan Provedel çiyin nahiyəsindən zədə alıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı yaxın günlərdə əməliyyat olunacaq.
Futbolçu əvvəlki oyunda aldığı zədədən sonra davamlı çiyin ağrıları hiss edib və bu səbəbdən tibbi müayinədən keçirilib. Əməliyyatdan sonra bərpa müddətinin uzun çəkməsi ehtimal edilir və buna görə də qapıçının mövsümün qalan hissəsini buraxacağı gözlənilir.
Provedel bu mövsüm paytaxt təmsilçisinin heyətində 29 oyunda meydana çıxıb və 12 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.