Fransa millisinin üzvü Benjamin Pavarın agenti Jozef Moer futbolçunun “Bavariya”dakı gələcək taleyi haqda danışıb.

Rekord.az xəbər verir ki, Moer Pavarın Münxen klubu ilə yeni müqavilə bağlayıb-bağlamayacağı ilə bağlı sualı belə cavablandırıb: “Bavariya” ilə yeni müqavilə? Futbolda istənilən dönüşə hazır olmalısan. Heç vaxt bilmək olmaz ki, sabah nə olacaq. Hazırda Pavar hər şeydən razıdır, oynadığı mövqeydə də özünü komfortlu hiss edir”.