"Bavariya"nın müdafiəçisi Benjamin Pavard klubu ilə yeni müqaviləsini müzakirə etməyə hazır olmadığını açıqlayıb.

Rekord.az xəbər verir ki, “Telefoot”a açıqlamasında o, hər şeyi mövsümün sonuna saxladığını deyib: “Hazırda müqavilənin müddətinin uzadılması ilə bağlı klubla danışıq aparmıram. Hazırda bütün diqqətimi mövsümdə çata biləcəyimiz hədəflərə yönəltmişəm. Çalışıram ki, komanda üçün mümkün qədər faydalı olum və mükafatlar qazanmağa kömək edim. Gələcəkdə nə olacağını isə yayda görəcəyik”.