
Pato iki klubun maraq dairəsində
- 16 Fev 2023 17:00
- 1089
"Neftçi"dən ayrılan Pato karyersını Azərbaycanda davam etdirə bilər.
Rekord.az xəbər verir ki, "Qəbələ" və "Sumqayıt" onun xidmətində maraqlıdır.
Sadəcə, futbolçu ilə maaş məsələsində anlaşmaq lazımdır. Çünki Pato "Neftçi"də yüksək maaş alırdı. Təxxminən 20 min dollara yaxın. Təbii ki, "Qəbələ" və "Sumqayıt"ın bu qədər maaş vermək iqtidarı yoxdur. Onlar maksimum 10 min dollar aylıq maaş verə bilər ki, Patonun da bu təklifi qəbul edəcəyi sual altındadır.