Paşayev Avropa çempionatında iştirak edəcək
- 23:00
- 22
Azərbaycan avarçəkəni Nurlan Paşayev Polşanın Kruşvitsa şəhərində 23 yaşadək idmançılar arasında akademik avarçəkmə üzrə Avropa çempionatında iştirak edəcək.
Bu barədə Rekord.az-a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.
Azərbaycan Su İdman Növləri Federasiyasının bir idmançı ilə təmsil olunacağı qitə çempionatı sentyabrın 3-dən 7-dək keçiriləcək.