Paris-2024 Olimpiya Oyunlarına biletlər satışa çıxarılıb.

Rekord.az Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə təşkil olunacaq olimpiadanı izləmək istəyən idmansevərlər üçün portal istifadəyə verilib.

Tamaşaçılar www.hospitalitytravelpackages.paris2024.org linkinə keçid edərək, istədikləri idman növünə bilet ala və yarışlara biletlərin daxil olduğu səyahət paketlərini sifariş verə bilərlər.

Paris-2024 Yay Olimpiya Oyunları 26 iyul-11 avqust aralığında keçiriləcək.