Parakarateçilərdən AÇ-də iki medal
- 21:41
- 29
Almaniyanın Frankfurt şəhərində parakarate üzrə Avropa çempionatı start götürüb.
Rekord.az xəbər verir ki, Azərbaycanı turnirdə K10 kateqoriyası üzrə təmsil edən Fərrux Qaybaliyev və Aysel Əhmədli bürünc medal qazanıblar.
Qaybaliyev bürünc medal uğrunda görüşdə isveçli Max Persson üzərində qələbə qazanıb. Əhmədli isə italiyalı Cecilia Fortu məğlub edib.