
Özünü tərifləyən məşqçi
- 29 Mar 2022 14:16
- 524
Misir yığmasının baş məşqçisi Karluş Keyruş oyun fəlsəfəsinə qarşı yönəlmiş tənqidlərə münasibət bildirib.
Rekord.az xəbər verir ki, Keyruş özünü tərifləyib.
O, dünyanın ən yaxşı məşqçilərindən biri olduğunu deyib:
“Oyunumuza görə üzülməyə, məyus olmağa heç bir səbəb görmürəm. Afrika çempionunu məğlub etdik. Cavab matçında da var gücümüzlə çalışacağıq ki, üstünlüyü qoruyaq.
44 ildir ki, məşqçiyəm. 2000-dən çox oyun keçirmişəm. Dörd ölkəni dünya çempionatına aparan yeganə məşqçiyəm. Mən dünyanın ən yaxşı on məşqçisindən biriyəm”.
Misir DÇ-2022-nin seçmə mərhələsinin ilk oyununda Seneqala qalib gəlib (1:0). Keyruşun rəhbərliyi altında Cənubi Afrika, Portuqaliya milliləri və iki dəfə İran yığması dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.