Ötən mövsüm "Şamaxı"nın aparıcı futbolçularından olan və yaxşı mövsüm keçirərək adından söz etdirən Kamran Quliyev mövsüm bitəndən sonra müqavilə ilə məxsus olduğu "Şamaxı"nın düşərgəsinə qayıtdı. Futbolçu əsas komandanın məşqlərinə cəlb olunacağını, Avstriyaya yollanacaq heyətə daxil ediləcəyini gözləsə də, ona əvəzedici komandanın düşərgəsinə yollanmaq təklif olunub. Futbolçu isə bu qərardan narazldır və özünə qarşı haqsızlıq olduğunu düşünür: "Bunu heç gözləmirdim.Çünki geridə qoyduğumuz mövsümdə 33 oyuna çıxdım, 5 qol vurdum, 2 məsuldar ötürmə verdim. 2-3 dəfə ayın futbolçusu da seçildim. Düzdür, komanda olaraq, uğur qazana bilməsək də bu, başqa söhbətin mövzusudur. Amma "Sabah"ın məni əvəzedici komandaya göndərməsinin haqsızlıq olduğunu deyə bilərəm.Tək mən yox, məni tanıyan heç kim bunu gözləmirdi. Baxmayaraq ki, yay tətilidir, hər gün fərdi məşqlərimi davam etdirirdim ki, ayın 21-də "Sabah"ın məşqləri başlayanda yaxşı formada olum. Sonradan eşitdim ki, Avstriyaya gedəcək futbolçulara vizalar alınır və mənim adım siyahıda yoxdur. Menecerimə dedim, klubla əlaqə saxlanıldı, klub rəhbərliyi tərəfindən deyildi ki, Kamran bizim gələcək planlarımızda yoxdur. Bİr neçə gün sonra klubdan da mənə bidirdilər ki, adın toplanışa gedəcək siyahıda yoxdur və sən əvəzedici komandaya göndərilirsən. Bunu görəndə dilim-dodağım qurudu. Çünki "Şamaxı"da oynayanda "Sabah"a qarşı pis bir şey də etməmişəm, hörmətsizliyim də olmayıb əksinə, qələbə qazananda orda tanıdığım məşqçi var, zəng eləyib onun vasitəsi ilə təbrik də etmişəm. Bu mənada ən azı Avstriya toplanışına aparılacağımı, şans veriləcəyini gözləyirdim. Bir sözlə, bəribaşdan silinməyimi pis qəbul elədim. Mən bunu haqq etmirdim. Hazırda digər təkliflərə açığam, təkliflər də var, bu yöndə çalışmalarımız davam edir",