Ağır zədə alaraq mövsümü vaxtından əvvəl bitirən Filip Ozobiç “Qarabağ”la yeni müqavilə imzalayacaq.

Rekord.az-a daxil olan məlumata görə, klub tərəfindən ona yeni müqavilə təklif olunub və xorvatiyalının bu təklifə müsbət cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, 2019-cu ildə “Qarabağ”la 2 illik müqavilə bağlayan Ozobiçin Ağdam klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.