"Fənərbaxça"nın yarımmüdafiəçisi Məsut Özil Kərim Benzemanın oyununu dəyərləndirib.

Rekord.az xəbər verir ki, Kərim "Mançester Siti" ilə oyunda dubl edib.

Özil sosial şəbəkədə belə yazıb: “Fantastik oyun! “Qızıl topu” Benzemaya verin”.

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Mançester Siti” öz meydanında “Real”a qalib gəlib - 4:3.

“Qızıl top”a əsas namizədlərin son siyahısında ilk pillədə Benzema qərarlaşıb.