
Özil "Fənərbağça"dan gedir?
- 31 Mar 2022 15:45
- 483
“Fənərbaxça”nın yarımmüdafiəçisi Məsut Özil klubu tərk etmək fikrində deyil.
Rekord.az xəbər verir ki, bu haqda fufbolçunun agenti Erkut Soqut “Fanatik” qəzetinə bildirib.
33 yaşlı oyunçunun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır. O və digər futbolçu Ozan Tufan baş məşqçi İsmail Kartalla münaqişə səbəbindən ötən həftə əsas komandadan uzaqlaşdırılıb.
“Məsut hazırda fərdi qaydada məşq edir. Müqaviləyə əsasən, komandada fəaliyyətini davam etdrmək hüququ var. Hazırda klub tərəfdən yekun qərar gözləyirik” - deyə E.Soqut bildirib.