
Özbəkistan komandası Bakıda təlim-məşq toplanışındadır
- 28 May 2025 13:24
- 81
Özbəkistanın 16 yaşadək voleybolçu qızlardan ibarət yığma komandası Bakıya gəlib. "Rekord az" xəbər verir ki, onlar paytaxtımızda təlim-məşq toplanışı keçəcəklər.
Özbəkistan komandası paytaxtımızda 10 gün qalacaq. Həmçinin qonaqlar yeniyetmə qızlardan ibarət yığma komandamızla birgə məşq edəcək və yoldaşlıq oyunları keçirəcək.