Yenilənmiş "Mingəçevir" bu gün Bakıda yeni mövsümün ilk matçına çıxacaq.

Rekord.az xəbər verir ki, komanda bu qarşılaşmaya çox ciddi hazırlaşır.

Oyun öncəsi 6 yeni transfer həyata keçirilib. Bölgə təmsilçisi paytaxta da qarşılaşmadan bir gün öncədən gəlib, "Ruslan-93"-də məskunlaşıb. Əldə etdiyimiz məlumata görə, rəhbərlik qələbə üçün də futbolçulara yaxşı mükafat vəd edib.