“Oyunçularımız bu oyuna hazır deyildi” - Sxadadze
- 21:45
- 34
“Qəbələ” bu gün Misli Premyer Liqasının 23-cü turunda “Sabah”ın qonağı olub.
Rekord.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı olub. Gürcüstanlı çalışdırıcı 1:7 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Bu gün böyük hesabla məğlub olduq. Belə hallarda əlbəttə ki, məsuliyyəti baş məşqçi üzərinə götürür. Oyunçularımız bu oyuna hazır deyildi. İki kobud səhvə yol verdik. Çox da danışılacaq bir şey yoxdur. Səhvlərimizi təhlil edib, növbəti oyuna hazırlaşacağıq.
Belə olacağını düşünməzdik. Çempionatın lideri olan komanda ilə bir ay ərzində beş oyun keçirmək çox çətindir. Oyunçularımız bu gün xarakter nümayiş etdirə bilmədilər. Kubok oyununda (3:3) bacarmışdılarsa, 0:2-dən oyunu bərabərləşdirə bilmişdiksə, bu oyunda bacarmadılar.
Karyeramda belə bir hesab olmamışdı. Bu da baş verəcəkmiş. Məğlub olmaq olar, amma belə zəif oyunla olmaz. Uşaqlar gəncdir. Əzmkarlıq nümayiş etdirə bilmədilər.
İmkanlar arasındakı fərqdən heç nə danışmaq istəmirəm. Sadəcə, futbolçularımız xarakter göstərmədilər. İmkanla bağlı bir şey deyil. Vaxtilə “Şerif” də “Real”ı məğlub etmişdi”.