Gənclər və İdman Nazirliyi tərəfindən Qubada futbol idman növünə marağı olan istedadlı uşaqların seçilməsi layihəsi keçiriləcək.

Rekord.az xəbər verir ki, seçim mərhələsini uğurla keçən uşaqlar İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Usaq-Gənclər Futbol Məktəbində təhsil almaq imkanı qazanacaqlar


Müsabiqə şərtləri:
2011-2012-ci il təvəllüdlü uşaqlar (hər hansı bir idman növü ilə məğul olmayan)
Tələb olunan sənədlər:
1.Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə
2.Sağlamlıq haqqında arayış
3.Valideynlərin şəxsiyyət vəsiqəsi


Layihədə iştirak etmək istəyənlər qeyd olunan sənədləri Quba rayon Gənclər və İdman İdarəsinə təqdim etməlidirlər.
Son müraciət tarixi: 04 iyun saat 17:00
Əlaqələndirici şəxs: Şükür Sultanov
Əlaqə nömrəsi: 050-707-49-66 (Whatsapp)