Dünən minifutbol üzrə Azərbaycan çempionatının püşkü atılıb.

Rekord.az xəbər verir ki, püşkatma mərasimində bir çox tanınmış simalar iştirak edib.

Onların arasında Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqov, minifutbol yığmasının baş məşqçisi Elşad Quliyev də yer alıb.

Eyni masada oturan adıçəkilən şəxslər mərasim başa çatdıqdan sonra uzun müddət səmimi ortamda fikir mübadiləsi aparıblar.