Ordubadda “Heydər Əliyev İli ” ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında stolüstü tennis üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, nəticələrə əsasən oğlanlar arasında Əsgər Həbibov, qızlarda isə Fidan Vəlibəyli qalib olub.

İlk üç yerin sahibləri diplomla təltif olunub.