“Turan Tovuz”un 8 üzvünün oyun alqı-satqısında şübhəli bilinərək futboldan uzaqlaşdırılması klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayevin də kreslosunu laxladıb.

Rekord.az-a AFFA-ya yaxın mənbədən daxil olan məlumata görə, Abdullayev bu hadisədən sonra baş katib Elxan Məmmədovun yanında olan inamını da itirib.

Səbəb tək bu da deyil. Nazim Süleymanovun yaratdığı həmkarlar təşkilatının daha aktiv olması bölgələrdə günü gündən sıralarını genişləndirməsi və futbol adamlarını ətrafına toрlaması fonunda Abdullayevin veteranlar ittifaqının рassivliyi də sözünü deyir. Odur ki mövsüm başa çatandan sonra Abdullayevin "Turan Tovuz"dan göndəriləcəyi gözlənilir.