Onur Quluzadə üçun növbəti sınaq
- 16:45
- 32
Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda qüvvəsini sınayacaq.
Rekord.az xəbər verir ki, istedadlı idmançı, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə, iyunun 4-dən 7-dək İsveçin Helsinborq şəhərində təşkil olunacaq "WTT Youth Contender" turnirinə qatılacaq.
Onur həmçinin, Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 8-dən 13-dək İsveçin Halmstad şəhərində istedadlı idmançılar üçün keçirəcəyi təlim-məşq toplanışında da iştirak edəcək.