Ömər Rəcəbli “Böyük Dəbilqə”nin finalında
- 13:57
- 32
Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, Ömər Rəcəbli (81 kq) bu raundadək irəliləyə bilib.
Bu gün tatamiyə çıxan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) medal şanslarını itirib.
"Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.