Sumqayıtda “Sumqayıt” klubunun  təşəbbüsü ilə aşağı yaş qrupundan ibarət futbolçular arasında “Master Cup” bort futbol festivalı keçirilib.

Rekord.az xəbər verir ki, 3 gün ərzində Sumqayıt Olimpiya İdman Kompleksində keçirilmiş festivalda ölkənin bir sıra bölgələrindən də komandalar iştirak edəcək.

Bu yarış Azərbaycanda ilk olacaq. Bu gün 2009-cu il təvəllüdlü futbolçular yarışa başlayıb. Yarışlarda Bakıdan, Qubadan, Qəbələdən də komandalar iştirak edir. Açılış bu gün saat 12:00-da baş tutub. Yarışda ümumilikdə 8 komanda iştirak edir.  Bazar günü isə 2011-12-ci il təvəllüdlü uşalar yarışa qoşulacaq.