
Ölkə çempionatında yarımfinalçılar bəlli olub
- 23 İyl 2025 20:47
- 38
Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı davam edir. "Rekord.az" xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışın üçüncü günündə ümumilikdə 11 oyun keçirilib. Bu qarşılaşmalardan sonra yarımfinalçılar bəlli olub.
Azərbaycan çempionatında ümumilikdə 12 qadın və 11 kişi klubu iştirak edib. Reqlamentə əsasən, hər klub yarışa ən azı iki komanda ilə və 18 yaşdan yuxarı idmançılarla qatılıb. Çempionat Avropa Voleybol Konfederasiyasının qaydalarına uyğun keçirilir. İki dəfə məğlub olan komanda mübarizəni dayandırıb. 21 iyul tarixində start götürən çempionata iyulun 25-də yekun vurulacaq.
Yarışın qalibi olacaq komanda klublararası Avropa çempionatında iştirak hüququ qazanacaq.
Yarımfinal mərhələsi
24 iyul
Qadınlar
09:00. “AZERRAIL-1” - “Milli Aviasiya Akademiyası-1”
10:00. “AZERRAIL-2” - “Milli-2”
17:00. Bürünc medal uğrunda oyun
Kişilər
09:00. “Xilasedici-2” - “Murov Az Terminal-4”
10:00. “AZERRAIL-1” - “AZERRAIL-2”
17:00. Bürünc medal uğrunda oyun