Ölkə çempionatına fasilə verildi
- 11:40
- 50
Qadın voleybolçuların Yüksək Liqasının oyunları təxirə salınıb. "Rekord.az" xəbər verir ki, buna səbəb 7–21 noyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarıdır.
Azərbaycan millisinin yarışda iştirakını, eləcə də milli komandaya klublarda çıxış edən məşqçi və voleybolçuların cəlb olunmasını nəzərə alaraq, Yüksək Liqa oyunları 18 noyabr tarixinədək təxirə salınıb.
Qeyd edək ki, komandamızın rəqibləri Türkiyə, İran, Tacikistan və Əfqanıstan yığmalarıdır.