Qadın və kişi voleybolçular arasında Yüksək Liqanın 2025–2026-cı illər mövsümü start götürür. "Rekord.az" xəbər verir ki, qadınların yarışına oktyabrın 14-də “Gəncə” – “AZERRAIL” oyunu ilə start veriləcək.

Qarşılaşma Gəncə İdman Sarayında təşkil olunacaq. Turun digər oyunları isə oktyabrın 15-də baş tutacaq. Həmin gün AVF-nin İdman zalında “DH Volley” – “Abşeron”, UNEC-in İdman zalında isə UNEC – “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcəklər. Birinci turun “Gənclər” – “Murov Az Terminal” oyununun keçiriləcəyi yer və vaxt barədə əlavə məlumat veriləcək.

Kişilərin Yüksək Liqasında I tura oktyabrın 16-da start veriləcək. FHN-nin İdman zalında “Neftçi” – ORDU, “Murov Az Terminal” klubunun İdman zalında isə “Murov Az Terminal” – “AZERRAIL” komandaları qarşılaşacaqlar. Turun “Gənclər” – “Xilasedici” oyununun keçiriləcəyi yer və vaxt barədə məlumat veriləcək.

Qeyd edək ki, qadınların yarışında 9 komanda - “AZERRAIL”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, “DH Volley”, “Turan” və “Gənclər” mübarizə aparacaq.

Kişilərin Yüksək Liqasında isə 6 komanda çıxış edəcək: “AZERRAIL”, “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, ORDU və “Gənclər”.

Reqlamentə əsasən, qadınların yarışında hər tur bir komanda istirahət edəcək. Birinci turda “Turan” klubu oynamayacaq.


Oyunların cədvəli

Yüksək Liqa (qadınlar)

I tur

14 oktyabr

15:00. “Gəncə” - “AZERRAIL”

Ünvan: Gəncə İdman Sarayı

15 oktyabr

15:00. “DH Volley” - “Abşeron”

Ünvan: AVF-nin idman zalı

15:00. UNEC - “Milli Aviasiya Akademiyasi”

Ünvan: UNEC VK-nın idman zalı


Yüksək Liqa (kişilər)

I tur

16 oktyabr

15:00. “Neftçi” - ORDU

Ünvan: FHN-nin idman zalı

15:00. “Murov Az Terminal” - “AZERRAIL” 

Ünvan: “Murov Az Terminal” VK-nın idman zalı