Ölkə birinciliyində növbəti oyunlar keçirilib
- 10:47
- 33
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, bunlar 2-ci və 7-ci turlardan təxirə salınmış qarşılaşmalardır.
2-ci turun oyunu çərçivəsində UNEC klubu "Abşeronla, 7-ci tur çərçivəsində isə "Milli Aviasiya Akademiyası" klubu "Gənclər"lə üz-üzə gəlib. Bu oyunlarda UNEC və "Milli Aviasiya Akademiyası" quru hesablı qələbə qazanıblar.
Yüksək Liqa
Təxirə salınmış oyunlar
II tur
UNEC - "Abşeron" 3:0 (25:15, 15:18, 25:14)
VII tur
"Milli Aviasiya Akademiyası" - "Gənclər" 3:0 (25:18, 25:14, 25:12)