Qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, aprelin 4-də GİN-nin Voleybol Mərkəzində XVIII turun iki qarşılaşması baş tutub.

İlk olaraq meydana “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları çıxıblar. Meydan sahibi rəqibini 3:0 hesabı ilə məğlub edib. 

Növbəti oyun “AZERRAIL” və UNEC klubları arasında olub. Görüş “AZERRAIL”in 3:0 hesablı qələbəsi ilə bitib. 

XVIII turun son oyunu aprelin 5-də Gəncə şəhərində keçirilib. Gəncə İdman Sarayında “Gəncə” komandası “Murov Az Terminal” klubunu qəbul edib 1:3 hesabı ilə məğlub olub.

Yüksək Liqa  

XVIII tur

   “Abşeron” - “Milli Aviasiya Akademiyası” 3:0 (25:17, 25:19, 25:17)

   “AZERRAIL” - UNEC 3:0 (25:14, 25:22, 25:19) 

   "Gəncə" - "Murov Az Terminal" 1:3 (15:25, 25:22, 22:25, 26:28)