Voleybolçu kişilər arasında ölkə çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün 18-ci tur çərçivəsində iki qarşılaşma baş tutub.

FHN-nin idman zalında ilk olaraq “Neftçi” və “Gənclər” klubları üz-üzə gəliblər. Bu görüşdə Neftçi” çətinlik çəkmədən quru hesabla qalib gəlib.

Günün növbəti oyunu isə “ORDU” və  “Murov Az Terminal” komandaları arasında olub. Digərindən fərqli olaraq, bu qarşılaşmda gərgin keçib. 5 set davam edən matçda “ORDU” klubu 3:2 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, bu turun son oyunu sabah “AZERRAIL” və “Xilasedici” klubları arasında olacaq.

Yüksək Liqa (kişilər)
17 mart
XVIII tur
   “ORDU” - “Murov Az Terminal” 3:2 (25:21, 20:25, 25:22, 23:25, 20:18)
   “Neftçi” - “Gənclər” 3:0 (25:18, 25:14, 25:17)